16:16 - 19.02.2026
19 fevral, Fineko/abc.az. -(özəl xəbər)- Ölkəyə yeni mobil telefon gətirdikdə bir çoxları cihazın qeydiyyatı ilə bağlı çətinliklərlə qarşılaşır.
Belə çətinlikləri, əsasən də region əhalisi daha çox yaşayır.
Bunun isə ən böyük səbəbi onların sözügedən prosedurlarla bağlı məlumatının az olmasıdır. Elə bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-yə regionlarda yaşayan vətəndaşlarımızın telefon gətirərkən qeydiyyat və ödəniş prosesində hansı çətinliklərlə üzləşmələri barədə sorğu ünvanladıq.
Qurumdan ABC.AZ-a bildirildi ki, respublikanın bütün regionları üzrə vahid qeydiyyat forması tətbiq edilir.
"Belə ki, hər bir regionda yaşayan vətəndaş ölkəyə qanuni əsaslarla gətirdiyi mobil cihazı müvafiq region üzrə poçt məntəqələrində və ya heç yerə getmədən sadəcə mygov.az saytı və ya mygov mobil tətbiqi vasirəsilə IMEI qeydiyyatını həyata keçirə bilər" -, deyə “AzInTelecom”dan bildirilib.
Müəllif: Elmir Muradov
28 İyul 2026
27 İyul 2026
27 İyul 2026