15:50 - 19.02.2026
19 fevral, Fineko/abc.az. Nəzarət tədbirləri çərçivəsində “Agro Plant” MMC-nin və fiziki şəxs Elmin Cəlal oğlu Əhmədovun Türkiyədən idxal etdiyi tinglərdən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
ABC.AZ xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, tinglərdə karantin tətbiq edilən şarka virusu aşkarlanıb. Faktla bağlı müvafiq qərar qəbul olunub, sahibkarların müraciətinə uyğun olaraq şaftalı və nektarin tingi məhsul partiyaları məhv edilib.
Qeyd edək ki, şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026