Azərbaycan xaricə pambığın 1 tonunu bu qiymətə satır

10:09 - 18.02.2026


18 fevral, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandan ixrac olunan pambıq lifinin həcmi illik müqayisədə həm qiymətləri əlverişlidir, həm də ixracda yüksəliş var.

ABC.AZ xəbər verir ki, pambıq ixracı 118.52 min ton təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 8.44% çoxdur. Dəyər ifadəsində ixrac 177.12 mln. dollar olub və illik artım 11.03% təşkil edib.

Orta ixrac qiyməti isə 1 ton üçün 1 494 dollar olub ki, bu da ötən ilin 1 459 dolları ilə müqayisədə 2.39% artım deməkdir.

Bu da hazırkı dünya bazar qiymətləri 1 ton üçün təxminən 1 800–2 200 dollar civarından aşağıdır.  Keçən il pambıq istehsalı qlobal tələbi xeyli üstələmişdi. Məsələn gözlənti 25.2 mln. ton olduğu halda, bu 26 ton real istehsal vardı. Əlavə olaraq qeyd etmək lazımdır ki, sintetik liflər, xüsusilə polyester, pambığa alternativ olaraq tələbi müəyyən qədər məhdudlaşdırır.