10:05 - 17.02.2026
17 fevral, Fineko/abc.az. Ötən il Azərbaycandan 460 şəxs Rusiyaya könüllü köç edib.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
2025-ci ildə xaricdə yaşayan etnik ruslar və onların ailə üzvləri üçün könüllü köçürülmə proqramında iştirak edənlərin daha bir rekord sayı qeydə alınıb.
Məlumata görə, 2025-ci ildə proqram çərçivəsində 26.700 nəfər köçürülüb.
Bir il əvvəl bu rəqəm 31.700 nəfər olub. Bu arada, hakimiyyət orqanları həmvətənlərin geri qayıtmasını miqrasiya siyasətinin prioriteti adlandırır.
2022-ci ildə Ukraynanın işğalından bəri keçmiş Sovet ölkələrindən köçürülən soydaşların sayı kəskin şəkildə azalıb.
Ukraynadan 18 dəfə, Tacikistandan 10 dəfə, Azərbaycan və Moldovadan 6 dəfə, Gürcüstandan 5 dəfə, Ermənistandan 4 dəfə və Qazaxıstandan 3 dəfə azalma müşahidə olunub.
Rusiyada “Həmvətənlər üçün Könüllü Məskunlaşma Proqram”ı 2007-ci ildən bəri qüvvədədir. Proqramın məqsədi SSRİ-nin dağılmasından sonra ölkədən kənarda qalan etnik rusların ailə üzvləri ilə birlikdə Rusiyaya qaytarılmasıdır. Proqramın başlanmasından bəri 1,2 milyondan çox insan Rusiyaya köçüb. Köçənlərə sürətləndirilmiş proses vasitəsilə – 9-12 ay ərzində Rusiya vətəndaşlığını almaq hüququna verilir.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026