Neft ucuzlaşır, Brent bir barel üçün $68,31 təşkil edir

09:35 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti aşağı düşür.

ICE Futures birjasında saat 09:30-a olan məlumata görə, Brent-in aprel fyuçerslərinin qiyməti $0,34 (0,50%) azalaraq bir barel üçün $68,31-a düşüb. 16 fevral ticarətinin nəticələrinə görə, Brent neftinin aprel fyuçersləri $0,90 (1,33%) artaraq bir barel üçün $68,65-a yüksəldi.

NYMEX birjasında, WTI neftinin mart fyuçersləri saat 09:30-a olan məlumata görə $0,27 (0,42%) ucuzlaşaraq bir barel üçün $63,50 təşkil edrib. 16 fevral ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçersləri $0,88 (1,40%) artaraq bir barel üçün $63,77-a çatıb.