12:12 - 10.02.2026
10 fevral, Fineko/abc.az. 2025-ci ilin ilk on bir ayında ABŞ-dən Avropa İttifaqı ölkələrinə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü 23,2 milyard avroya çataraq rekord göstərici olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur.
ABC.AZ xəbər verir ki, ABŞ LNG-sinin əsas idxalçıları Niderland, Fransa, Almaniya, İtaliya və İspaniya olub. Artım Avropa İttifaqının Rusiya enerji resurslarını əvəzləmək strategiyası və ABŞ ilə 750 milyard dollarlıq uzunmüddətli müqavilə ilə izah edilir.
Eyni zamanda, Avropada ABŞ qazından yüksək asılılıqla bağlı narahatlıqlar artır. ABŞ LNG-si Aİ-nin bu sahədə tələbatının təxminən 50–60%-ni təmin edir. ABŞ-ın siyasi bəyanatları əlavə gərginlik yaradıb və bunun fonunda Aİ ölkələri Kanadadan, Qətərdən və Şimali Afrika dövlətlərindən alternativ tədarükçülər axtarışını aktivləşdiriblər. Yanvar ayında Rusiya Aİ-nin mayeləşdirilmiş metana olan tələbatının təxminən 18%-ni təmin edib, digər tədarükçülər isə hələlik həcmlər baxımından ABŞ-dan xeyli geri qalır.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026