Gürcüstan və Rumıniya Qara dəniz vasitəsilə sualtı enerji kabeli layihəsində əməkdaşlıq barədə razılığa gəlib

17:30 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Gürcüstan və Rumıniya Qara dəniz vasitəsilə sualtı enerji kabeli layihəsi çərçivəsində ikitərəfli əməkdaşlıq barədə memorandum imzalayıb.

ABC.AZ xəbər verir ki, sənəd texniki, maliyyə və ekoloji aspektlər daxil olmaqla tədqiqat və layihə hazırlığının koordinasiyasını təmin edir.

1 155 km uzunluğunda layihə Gürcüstan və Avropanın enerji sistemlərini Rumıniya vasitəsilə birləşdirəcək, texniki və iqtisadi baxımdan həyata keçirilə bilən layihə kimi tanınıb və Avropa İttifaqı tərəfindən «qarşılıqlı maraq layihəsi» statusu alıb. Layihəyə dair memorandum ilk dəfə 2022-ci ildə Gürcüstan, Azərbaycan, Macarıstan və Rumıniyanın iştirakı ilə imzalanıb.