10:13 - 5.02.2026
5 fevral, Fineko/abc.az. Amerikanın avtomobil istehsalçısı Ford və Çinin Geely şirkəti avtomobil istehsalı və avtomobil texnologiyasında potensial əməkdaşlığı müzakirə edirlər.
ABC.AZ xəbər verir ki, danışıqlar ilkin mərhələdədir və model buraxılışının lokalizasiyasını, platformaların, elektrik stansiyalarının və proqram təminatının paylaşılmasını əhatə edə bilər.
Tərəflər hələlik konkret razılığa gəlməyiblər, müzakirələrin detalları isə açıqlanmayıb. Əgər tərəfdaşlıq həyata keçirilərsə, bu, hər iki şirkətə qlobal bazarda mövqeyini gücləndirməyə, rəqabət qabiliyyətini artırmağa və istehlakçılar üçün yeni texnoloji həllərin tətbiqini sürətləndirməyə imkan verəcək.
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
16 Sentyabr 2026