16:09 - 6.11.2018
6 noyabr, Fineko/abc.az. Azərbaycanda təhsil kreditlərinin tətbiq edilməsi üzrə effektiv mexanizm hələ də axtarılır.
Maliyyə naziri Samir Şərifov belə bir mexanizmin hələ ki tapılmadığını deyib.
“Məsələ bundadır ki, bu kreditlərin qaytarılması məsələsi böyük sual altındadır və banklar belə bir riskə getmək istəmirlər. Dövlət müdaxilə etsə belə, biz əvvəlcədən etiraf etməliyik ki, bu kreditlər geri qaytarılmayacaq. Effektiv mexanizm hələ tapılmayıb, əlbəttə ki, müəyyən cəhdlər var, amma problemi kütləvi şəkildə həll edəcəyini söyləyə bilmərəm”, - nazir belə hesab edir.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026