09:29 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Keçən həftəki artımdan sonra bazar ertəsi keçirilən hərraclarda etalon markalı neftin qiyməti aşağı düşür.
Saat 09:25-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin aprel fyuçersi $3,42 (4,93%) ucuzlaşaraq bir barel üçün $65,90 təşkil edib. Yanvarın 30-da keçirilən hərracların yekununda aprel fyuçersi $0,27 (0,39%) ucuzlaşaraq bir barel üçün $69,32 olmuşdu.
NYMEX əmtəə birjasında WTI markalı neftin mart fyuçersinin qiyməti saat 09:22-yə qədər $3,37 (5,17%) kəskin azalaraq bir barel üçün $61,84-a düşüb. Yanvarın 30-da mart ayı üçün WTI müqaviləsinin qiyməti $0,21 (0,32%) azalaraq bir barel üçün $65,21 təşkil etmişdi.
Ötən həftənin yekunlarına əsasən, Brent markalı neft 6,53%, WTI isə 6,78% bahalaşmışdı. Yanvar ayında Brent 16,17%, WTI isə 13,57% dəyər qazanmışdı.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026