Almaniyada Starlink-in hərbi analoqunun yaradılması təklif edilib

12:22 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. Silah konserni Rheinmetall və kosmik aparat istehsalçısı OHB Almaniya Silahlı Qüvvələri üçün peyk sistemi hazırlamaq barədə danışıqlar aparırlar.

ABC.AZ xəbər verir ki, məqsəd 35 milyard avro həcmində ayrılmış hərbi kosmik texnologiyalar üzrə vəsaitin bir hissəsini əldə etməkdir.

Qorunan peyk rabitəsinin aşağı orbital qruplaşdırılmasının yaradılması planlaşdırılır. Bu ideya hərbi potensialın artırılması və ABŞ-dan asılılığın azaldılması ilə əsaslandırılır.