"Temu" bu ölkədə fəaliyyətini dondurub

10:26 - 26.01.2026


26 yanvar, Fineko/abc.az. Türkiyədə gömrük qaydalarında edilən dəyişikliklər Çin mənşəli elektron ticarət platforması “Temu”nun fəaliyyətinə təsir göstərib.

ABC.AZ xəbər verir ki, bu Ticarət Nazirliyinin 1 fevral 2026-cı ildən etibarən 30 avrodan aşağı məhsullar üçün sadələşdirilmiş gömrük prosedurunu ləğv etməsi fonunda baş verib. Belə ki, yuxarıda qeyd edilən amildən sonra “Temu” ölkədə “Xaricdən göndəriş” (Global) seçimini deaktiv edib.

Hazırda istifadəçilər “Temu” üzərindən yalnız Türkiyə daxilindəki anbarlardan göndərilən məhsulları sifariş edə bilirlər. Bu isə məhsul çeşidinin azalmasına və qiymət üstünlüyünün zəifləməsinə səbəb olub. Məlumata görə, yeni tənzimləmə ucuz məhsullar üzrə vergi və əlavə xərcləri artıracaq, sifariş prosesini isə daha mürəkkəbləşdirəcək.

Qeyd olunur ki, “Temu” Türkiyə bazarını tam tərk etməyib, lakin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb.