14:11 - 22.01.2026
22 yanvar, Fineko/abc.az. Auditorlar Palatasının üzvü olan 3 auditor təşkilatının və 2 sərbəst auditorun fəaliyyəti dayandırılıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Palatadan bildirilib.
Məlumata görə, buna səbəb bazar iştirakçılarının üzvlük haqqı üzrə yaranmış borclarını tam ödəməmələridir. Odur ki, "Bakı Audit" (direktor: Tofiq Çıraqov), "MRİ-AZ Audit" (direktor: Akif Rzayev) və "Trend Audit" (direktor: Səbrin Həbibzadə) MMC-lər, eləcə də Sabir Novruzov və Zəki Zəkiyev audit xidməti göstərə bilməyəcəklər.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026