14:11 - 19.01.2026
19 yanvar, Fineko/abc.az. Serbiya Prezidenti Aleksandr Vuçiç 13-cü Dünya Şəhərlər Forumunda (WUF13) iştirak etmək üçün mayın 17-də Azərbaycana səfər edəcək.
ABC.AZ xəbər verir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavleviç bildirib.
O qeyd edib ki, səfərin dəqiq tarixi 17 maydır və bu, WUF13 çərçivəsində baş tutacaq.
Səfirin sözlərinə görə, Serbiya Prezidenti artıq tədbirdə iştirakını təsdiqləyib:
“Nümayəndə heyətinin tərkibi hələ mənə məlum deyil, amma o, iştirakını təsdiqləyib”.
27 İyul 2026