Naxçıvanın büdcə gəlir və xərcləri artıb

12:14 - 15.01.2026


15 yanvar, Fineko/abc.az. 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri (dotasiya istisna olmaqla) 290,6 milyon manat təşkil edib.

ABC.AZ Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,1% çoxdur.

Eyni zamanda ötən il muxtar rrespublikanın büdcə xərcləri isə 445,6 milyon manata bərabər olub.

Bu isə 2024-cü illə müqayisədə 3,7% artım deməkdir.