17:07 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. Qlobal təklifin azalacağına dair proqnozların metal bazarlarında yüksəliş tendensiyasını gücləndirməsi ilə alüminium 2022-ci ildən bəri ən yüksək səviyyəsinə yaxın qiymətlərlə ticarət olunur.
ABC.AZ xəbər verir ki, mis istisna olmaqla, digər metalların çoxu əvvəlki sessiyada yaşanan güclü bahalaşmadan sonra çərşənbə axşamı günü də Londonda bahalaşmaqda davam ediblər. Alüminiumun qiyməti bazar ertəsi günü 3200 dollar/ton rekord səviyyəsinə yaxınlaşıb, qalay üçüncü gün ardıcıl olaraq bahalaşmaqda davam edib və bu il indiyə qədər təxminən 20 faiz dəyər qazanıb (gündəlik həyatda gördüyümüz konserv qutuları kalayla örtülür).
Əsas metallər ötən ilin güclü performansından sonra 2026-cı ilə də güclü başlanğıc edib. Bu yüksəlişin əsas səbəbi FED-in faiz dərəcələrini endirməyə davam etməsi ilə təklifin tələbi qarşılamaqda çətinlik çəkəcəyi gözləntisi olub. Süni intellekt "partlayışı" da məlumat mərkəzləri, enerji şəbəkələri və elektronika üçün lazım olan metallara, xüsusilə misə olan marağı artırıbı, Çin bazarındakı spekulyativ alışlar da yüksəlişə töhfə verib.
London Metal Birjasında ilin əvvəlindən bəri ən yaxşı performans göstərən metal qalay olub və 2025-ci ildə 1 tonu 51 min dolları test edərək təxminən 40 faiz dəyər qazanıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026