11:51 - 13.01.2026
13 yanvar, Fineko/abc.az. İranın milli valyutası tarixində ən dərin böhranlardan birini yaşayır.
ABC.AZ xəbər verir ki, uzun illər davam edən beynəlxalq sanksiyalar, yüksək inflyasiya və neft ixracına qoyulan məhdudiyyətlər fonunda rialın dollar və avroya nisbətdə məzənnəsi rekord dərəcədə aşağı səviyyələrə düşüb.
İqtisadi böhran ölkədə sosial gərginliyi daha da artırır. 2025-ci ilin dekabr ayının sonlarından müşahidə olunan milli valyutanın sürətli ucuzlaşması inflyasiyanın artması, ərzaq məhsulları və əsas istehlak mallarının kəskin bahalaşması ilə müşayiət olunur. Bu isə əhalinin gündəlik həyatını xeyli çətinləşdirir və cəmiyyətdə etiraz əhval-ruhiyyəsinin güclənməsinə səbəb olur.
8 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026