16:03 - 8.01.2026
8 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Belarusa ümumilikdə 71 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,6 milyon dollar və ya 1,6 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Azərbaycandan Belarusa ixrac olunan qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 2,14 faiz təşkil edib.
Beləliklə, Belarus Azərbaycandan ən çox qeyri neft-məhsulları ixrac edən ölkələrin sırasında səkkizinci yer tutub.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatı həyata keçirib. Bu, ondan əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artırıb.
30 İyul 2026
28 İyul 2026