IKEA Çindəki mağazalarını bağlayır

11:58 - 8.01.2026


8 yanvar, Fineko/abc.az. IKEA Çindəki yeddi firma mağazasını bağlayacaq və kiçik ticarət nöqtələri formatına keçəcək.

ABC.AZ xəbər verir ki, 2 fevraldan Şanxay, Quançjou, Tyançzin və digər şəhərlərdəki mağazalar bağlanacaq. İki il ərzində şirkət Pekin və Şençjen şəhərlərində təxminən on kiçik formatlı ticarət nöqtəsi açmağı planlaşdırır.

Qərar Çin daşınmaz əmlak bazarındakı uzunsürən böhran və yerli onlayn brendlərin artan rəqabəti ilə bağlıdır. IKEA ölkədəki 34 mağazasını saxlayacaq və onlayn satışları gücləndirəcək.