Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 3,5 faiz artıb

16:17 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. 2025-ci il ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 353,5 milyon manatdan artıq vergi daxil olub ki, bu da proqnozdan 853,5 milyon manat çoxdur. 2024-cü illə müqayisədə vergi daxilolmaları 545,5 milyon manat və ya 3,5 faiz artıb.

Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadla xəbər verir.

Qeyd edilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 12 milyard 6 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 336,1 milyon manat vəsait ödənilib. Əvvəlki ilə nisbətən bu sektordan vergi daxilolmaları 978,7 milyon manat və ya 8,9 faiz artıb.

Ödənilən vergilərin 73,4 faizi qeyri-neft-qaz sektorunun, 26,6 faizi isə neft-qaz sektorunun payına düşüb.