11:49 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. 2025-ci ilin yanvar–sentyabr aylarında Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin investisiya fəallığı regionun əksər ölkələrində yüksək səviyyədə olub.
ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, sabit kapitala yönələn investisiyalar iri infrastruktur layihələri, nəqliyyat-logistika təşəbbüsləri və enerji layihələri hesabına genişlənib.
Maliyyə sektorunda vasitəçilik imkanları artıb.
Hesabata əsasən, Türkiyədə bank aktivləri 1,05 trilyon dolları ötüb, Qazaxıstan və Özbəkistanda isə bank aktivlərində ikirəqəmli artım qeydə alınıb. İnvestisiya axınları əsasən enerji infrastrukturu, istehsal gücləri, logistika və rəqəmsal xidmətlər üzərində cəmləşib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026