09:23 - 7.01.2026
7 yanvar, Fineko/abc.az. Etalon markaların qiyməti dünənki enişdən sonra çərşənbə günü ticarətdə düşməyə davam edir.
Saat 09:20-yə olan məlumata görə ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri $0,73 (1,20%) azalaraq bir barel üçün $59,97-a düşüb. 6 yanvar ticarətinin nəticələrinə görə, Brent neftinin mart fyuçersləri bir barel üçün $1,06 (1,72%) - $60,70-a düşüb.
Saat 09:20-yə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçerslərinin dəyəri $0,90 (1,58%) azalaraq bir barel üçün $56,23-a düşüb. 6 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $1,19 (2,04%) ucuzlaşaraq bir barel üçün $57,13-a düşüb.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026