ASCO bu qədər kredit cəlb edib

16:38 - 6.01.2026


6 yanvar, Fineko/abc.az. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ötən il dekabrın 29-da 35 milyon manat kredit cəlb edib.

ABC.AZ səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, kredit bankdan illik 7,25 %-lə, ABŞ dollarında ifadə edilməklə və qurumun aktivləri ilə təmin olunmaqla əldə olunub.

Bundan başqa, ölkə Prezidentinin 10 yanvar 2025-ci il tarixli fərmanına uyğun olaraq, ötən ilin iyun ayında qurumun investisiya fəaliyyətinin dəstəklənməsi məqsədilə ona əlavə ödənilmiş kapital kimi 17,5 milyon manat ayrılıb.

Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.