12:04 - 6.01.2026
6 yanvar, Fineko/abc.az. ABŞ-ın Venesuelaya hücumundan sonra geosiyasi gərginliyin kəskinləşməsi fonunda qızılın qiymətləri çərşənbə axşamı Asiya ticarəti zamanı xeyli artımı davam etdirərək rekord maksimumlara yaxınlaşıb. Bu da qiymətli metalın təhlükəsiz sığınacaq kimi tələbatını gücləndirib.
ABC.AZ xəbər verir ki, spot qızıl Bakı vaxtı ilə saat 09:22-yə olan məlumata görə, 0,2% artaraq unsiya başına 4 458,20 dollara çatıb. ABŞ-da qızıl fyuçersləri isə 0,4% bahalaşaraq unsiya başına 4 469,10 dollar olub.
Əvvəlki sessiyada “sarı metal” 2,7% bahalaşıb və bu, son bir neçə həftə ərzində ən güclü birgünlük artım kimi qeydə alınıb. Buna səbəb qlobal bazarlarda artan qeyri-müəyyənlik fonunda investorların qiymətli metallara yönəlməsi olub.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
8 Avqust 2026
10 Avqust 2026