16:17 - 5.01.2026
5 yanvar, Fineko/abc.az. 2025-ci ildə Azərbaycan Türkiyədən 44,322 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib. Qeyd edilib ki, bu, 2024-cü illə müqayisədə 15,8 % azdır.
Türkiyədən ən çox idxalı ABŞ 751,356 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 9,3 % çox), İtaliya 290,765 milyon ABŞ dolları (11,9 % çox) və Almaniya 259,315 milyon ABŞ dolları (4,4 % çox) həyata keçirib.
Dekabrda isə Türkiyə Azərbaycana 5,288 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22 % çoxdur.
Ötən il Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % artaraq 4 milyard 499,901 milyon ABŞ dollarına, dekabrda isə 13,5 % artaraq 385 milyon ABŞ dollarına çatıb.