15:50 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. -(özəl xəbər)- 2025-ci ilin 11 ayı üçün ölkədəki supermarket və böyük market şəbəkələrinin ən az dövriyyəsi (satış həcmi) barədə rəsmi məlumatlar açıqlanmasa da, Dövlət Statistika Komitəsi ümumi pərakəndə ticarət dövriyyəsinin 58.57 milyard manat olduğunu açıqlayıb.
ABC.AZ bunu nəzərə alaraq ölkədə ən az filialı olan matketlərin siyahısını tərtib edib.
Araşdırmaya görə, Azərbaycanda böyük marketlər arasında ən az filiala malik olan "Ballı Market"dir. Sözügedən market təxminən 7 filial ilə ölkədə ən kiçik şəbəkələrdən biridir.
Filialının azlığına görə, ikinci yerdə qərarlaşmış "Mega Store"un təxminən 21 filialı mövcuddur. Üçüncü sırada qərarlaşmış "Neptun"un isə təxminən 25 filialı var. "Grandmart"ın 30–32 filialı mövcuddur. "Bolmart"ın təxminən 40–45 filial ilə bazarda nisbətən kiçik şəbəkələrdəndir. "Tam Store"un isə təxminən 45 filialı var.
Müəllif: Elmir Muradov
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026