14:02 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. -(özəl xəbər)- İlin bitməsinə bir neçə gün qalır, 2025-ci il ölkə tarixində müəyyən siyasi və iqtisadi hadisələrlə yadda qaldı. Məsələn, bu il bir neçə restoran, ticarət mərkəzinin açılışı oldu, bəzi ictimai iaşə obyektləri isə bağlandı.
ABC.AZ-ın araşdırmasına görə, bağlananlar arasında Bakıda yerləşən məşhur “Sheki” restoranı da var. Belə ki, tunel və yol tikintisi ilə əlaqədar adıçəkilən restoran sökülüb. Bu il Bakıda tanınmış restoranlardan olan “26” kafesi də fəaliyyətini dayandırıb.
Dəqiq bilinməsə də, mətbuatda yazıldığına görə, adıçəkilən kafe sosial və mədəni səbəblərlə bağlanıb.
2025-ci il Ağstafada bir restoranda kütləvi qida zəhərlənməsi hadisəsinin baş verməsi səbəbindən "Ağstafa" adlı iaşə obyekti də fəaliyyətini dayandırıb.
Bu il o cümlədən ″Sunset Cafe″ (Bakı) adlı restoran da fəaliyyətini dayandırıb.
Müəllif: Elmir Muradov