Azərbaycanda 11 ayda 199 min ton polad boru istehsal edilib

10:32 - 29.12.2025


29 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 199 min ton polad boru istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu il dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə 3,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 109,8 min ton polad boru istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 62,3 % azdır.