10:18 - 29.12.2025
29 dekabr, Fineko/abc.az. Kapitallaşma baxımından dünyanın ən böyük kriptovalyutası olan "Bitcoin"in dəyəri təxminən 3% artım nümayiş etdirib.
ABC.AZ xəbər verir ki, bunu “Binance” platformasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 08:35-ə olan məlumata görə, "Bitcoin"in qiyməti 2,84% artaraq 90 260 dollar səviyyəsində olub.
“CoinMarketCap”in 29 dekabr tarixinə olan məlumatına əsasən, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 3,05 trilyon dollar təşkil edib.
Bunun 1,799 trilyon dolları (59,1%) Bitcoinin, 366,920 milyard dolları (12,1%) isə Ethereum-un payına düşür.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026