Ermənistanı Azərbaycanla birləşdirən dəmir yolunun təmirini Yerevan edəcək?

15:35 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşün əsas mövzulardan biri Ermənistan ərazisində Cənubi Qafqaz Dəmir Yolu (CQDY) şirkətinin konsessiya idarəçiliyində olan dəmir yolu sahələrinin bərpası olub.

ABC.AZ xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Qeyd edilib ki,  bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün brifinqdə bildirib.

Onun sözlərinə görə, söhbət İcevan, Yerasx (Arazdəyən-red.) və Axurikdə yerləşən, Ermənistanı Azərbaycan, Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolu xətlərindən gedir.

Paşinyan vurğulayıb ki, dəmir yolu xətlərinin bərpası zamanı prosesi ləngidən hər hansı problemlər yaranarsa, Ermənistan onları dövlət vəsaiti hesabına müstəqil şəkildə bərpa etməyə hazırdır.