14:38 - 25.12.2025
25 dekabr, Fineko/abc.az. Ağdam Sənaye Parkında istifadəyə verilən "Construction" MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin illik istehsal gücü 7,2 min tondur.
ABC.AZ xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında "Construction" MMC-nin Baş mühəndisinin müavini Turqay Abdulzadə deyib.
Onun sözlərinə görə, Sənaye Parkının 1 hektarlıq ərazisində yerləşən müəssisədə istehsal Çin texnologiyası əsasında qurulub:
"Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir. Yeni müəssisənin yaradılmasına dövlət tərəfindən də dəstək verilib. Belə ki, müəssisənin inşasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Müəssisənin ümumi investisiya həcmi 2,96 milyon manatdır. Müəssisədə 32 daimi iş yeri yaradılıb. Burada istehsal olunan məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək". ©Report
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026