İndiyədək elektron qaydada 763 ədəd sərbəst satış sertifikatı verilib

12:17 - 25.12.2025


25 dekabr, Fineko/abc.az. 2018-ci ilin aprel ayından 2025-ci il 15 oktyabr tarixinədək cəmi 763 ədəd sərbəst satış sertifikatı Azexport.az portalı vasitəsilə elektron qaydada təqdim olunub. 2025-ci il ərzində 10 ədəd sertifikat verilib.

ABC.AZ xəbər verir ki, sertifikatın dəyəri bir məhsul üzrə 20 AZN təşkil edir. Eyni məhsul üzrə hər əlavə ölkə üçün təqdim edilən sertifikatlara görə 5 AZN məbləğində ödəniş tutulur. Elektron müraciətlərə baxılması və sertifikatın verilməsi adətən 1–3 iş günü ərzində həyata keçirilir.

Bu elektron xidmət ixrac prosedurlarının sadələşdirilməsinə, sahibkarlar üçün inzibati yükün azaldılmasına və Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.