Son 10 ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artıb

14:39 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. Son 10 ildə Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artaraq 2,4 milyard dollardan 8 milyard dollara yüksəlib.

Bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda məlumat verib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın ixracında 2-ci, idxalında isə 3-cü yerdədir: "Hədəfimiz qarşılıqlı ticarətin ümumi dövriyyələrimizdə birinci yerə yüksəlməsi olmalıdır. Çünki Azərbaycan bizim həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, xüsusilə Türk dünyasına çıxışımızda çox önəmli qovşaq nöqtəsində yerləşir". © Azertag.az