15:51 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. Müqavilələr üzrə ödənişlərin MDB ölkələri arasında milli valyutada payı artıq 96%-i ötüb.
ABC.AZ xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən MDB sammitində Rusiya Prezidenti Vladimir Putin bildirib. O, MDB ölkələri arasında valyuta və maliyyə sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib:
“İqtisadi əməliyyatların həyata keçirilməsi üçün öz, xarici bank sistemlərindən asılı olmayan ödəniş alətləri getdikcə aktiv istifadə olunur. MDB ölkələri arasında kommersiya əməliyyatlarında milli valyutanın payı artıq 96%-i ötüb”, – deyə Putin bildirib.
O əlavə edib ki, MDB ölkələrinin sahibkarlarının iştirakı ilə iri sənaye və infrastruktur layihələri həyata keçirilir, yeni Avrasiya istehsal və nəqliyyat zəncirləri formalaşır.