18:47 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. Finlandiyada iflasların sayı təxminən üç onillikdə maksimum səviyyəyə çatıb, bu artıma ən böyük töhfəni tikinti sektoru verib.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg Finlandiya Statistika İdarəsinin məlumatlarına istinadən yazıb. Noyabr ayının sonuna olan vəziyyətə görə, son 12 ayda 3,8 mindən çox fin şirkəti iflas barədə müraciət edib ki, bu da 1997-ci ildən bəri ən yüksək göstəricidir.
Agentlik qeyd edir ki, bu göstəricilər Finlandiya üçün “qaranlıq mənzərəni” tamamlayır; 2020-ci ildən bəri ölkə (əsasən Almaniyadan gələn zəif tələbat, Rusiyaya tətbiq olunan sanksiyalar və işsizliyin artması fonunda) Avropada ən zəif iqtisadi göstəriciləri nümayiş etdirir.