14:17 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp ABŞ-ın kosmosun tədqiqində dünya liderliyinə dair fərman imzalayıb.
ABC.AZ xəbər verir ki, sənəd çərçivəsində NASA Artemis proqramı üzrə Ay uçuşları bərpa ediləcək, NASA isə 2030-cu ilədək Ayda və onun orbitində nüvə enerji sistemlərini yerləşdirərək kosmik nüvə energetikasını inkişaf etdirəcək.
Fərman Milli Kosmos Şurasını ləğv edərək onun funksiyalarını elmi-texniki siyasət idarəsinə ötürür.
2028-ci ilədək həmçinin “Qızıl Qübbə” layihəsi çərçivəsində yeni raket əleyhinə müdafiə texnologiyalarının hazırlanması planlaşdırılır.
ABŞ kosmik sahəyə ən azı 50 milyard dollar investisiya cəlb etməyi nəzərdə tutur.