16:55 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Azərbaycanda heyvandarlıq sektorunda istehsal xərclərinin azaldılması məqsədilə süd məhsulları üzrə subsidiyaların verilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Zaur Əliyev "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, aidiyyəti qurumlarla aparılan ilkin müzakirələr nəticəsində 2026-cı ilin əvvəlindən süd məhsulları istehsalçılarına məhsul subsidiyasının verilməsinə başlanılması razılaşdırılıb: "Subsidiyalar əsasən iri, tam dövriyyəli heyvandarlıq təsərrüfatlarında istehsalat xərclərinin qismən kompensasiya olunmasına yönələcək və sektorun maliyyə dayanıqlığını artıracaq".
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026