SOCAR Şirkəti yeni saziş imzalayıb - Detallar

16:36 - 10.12.2025


10 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.

ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, bu saziş SOCAR prezidenti Rövşən Nəcəfin "MVM Group"un baş icraçı direktoru Karoly Matrai ilə görüşündə imzalanıb.

Məlumata görə, 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Məlumata görə, təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin uzunmüddətli enerji əməkdaşlığına və regional enerji təhlükəsizliyinə sadiqliyini əks etdirir.