17:05 - 8.12.2025
8 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda"da dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Dəyişikliklə, qaydaya AZQR kod (Azərbaycana mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod), statik AZQR kod (tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun sabit məlumatlardan ibarət olan AZQR kod), dinamik AZQR kod (tərkibi aparılacaq hər bir ödəniş əməliyyatının məzmununa uyğun dəyişən məlumatlardan ibarət olan AZQR kod) və AZQR kod təchizatçısı (AZQR kod vasitəsilə ödəniş əməliyyatlarının icrası üçün AZQR kodu formalaşdıran və (və ya) ödəniş xidməti istifadəçisini AZQR kodun oxunması funksionallığı ilə təmin edən Azərbaycanda fəaliyyət göstərən təchizatçı) anlayışları əlavə edilib.
Azərbaycanda QR kod vasitəsilə ödəniş əməliyyatlarının aparılması üçün ödəniş xidməti təchizatçılarının tərtib etdiyi dinamik və statik AZQR kod AMB-nin İH-nin təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Tələblər qurumun internet səhifəsində yerləşdiriləcək. AZQR kod təchizatçısı AZQR kod vasitəsilə icra olunmuş ödəniş əməliyyatı üzrə vəsaitin tam və ya qismən geri qaytarılmasına imkan verən funksionallığı təmin etməlidir.
AZQR kod vasitəsilə milli valyutada aparılmış ölkədaxili əməliyyatlar üzrə ödəniş xidməti təchizatçıları arasında hesablaşmalar AÖS vasitəsilə həyata keçiriləcək.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026