17:30 - 4.12.2025
4 dekabr, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2025-ci il üçün qlobal ÜDM-in artım proqnozunu sentyabrda gözlənilən 2,4%-dən 2,5%-ə yüksəldib.
ABC.AZ xəbər verir ki bu barədə agentliyin dekabr ayına olan “Global Economic Outlook” (GEO) icmalında deyilir.
Gözlənilir ki, 2026-cı ildə qlobal iqtisadi artım tempi 2,4%-ə (əvvəlki proqnoz 2,3% olub) qədər zəifləyəcək. Xatırladaq ki, 2024-cü ildə dünya ÜDM-i 2,9% artıb.
Agentliyin məlumatına görə, İT sahəsinə investisiyaların artması və fond bazarlarının rallisi hesabına əhalinin rifah səviyyəsinin yüksəlməsi, artırılmış idxal rüsumlarının mənfi təsirini yumşaldır.
ABŞ-nin ÜDM artımı üzrə proqnoz cari il üçün 1,6%-dən 1,8%-ə, Avrozona üzrə proqnoz isə 1,1%-dən 1,4%-ə qaldırılıb. Gələn il ABŞ iqtisadiyyatının 1,9%, Avrozona iqtisadiyyatının isə 1,3% böyüyəcəyi gözlənilir.
12 Avqust 2026