11:42 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 15 faiz artaraq 1 milyard 537,5 milyon manat olub.
Bu barədə ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir.
Qeyd olunur ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 842,7 milyon manat olub. Bu, ümumi dövriyyənin 54,8 faizini təşkil edib.
30 İyul 2026