Dövlət Agentliyi bu sahibkarlara müraciət etdi - Müvafiq rəy alınmalıdır

15:27 - 2.12.2025


2 dekabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanacaqdoldurma obyektlərini istismar edən sahibkarlıq subyektlərinə müraciət edib.

ABC.AZ Dövlət Agentliyinə istinadən xəbər verir ki, müraciətdə qeyd olunub ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər sırasında Dövlət Agentliyindən müvafiq rəyin alınması nəzərdə tutulub.

Belə ki, yanacaqdoldurma obyektlərinin istismarına lisenziya verilməsi üçün həmin obyektlərdə istifadə olunan ölçmə vasitələrinin "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanunun, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə "Texniki tənzimləmə haqqında" Qanunun tələblərinə uyğun olması barədə Agentliyin müvafiq rəyi olmalıdır. Bu məqsədlə yanacaqdoldurma məntəqələrində olan ölçmə vasitələrinin tipi təsdiqlənməli, müvafiq yoxlamadan keçirilməli, texniki reqlamentlərlə əhatə olunan malların uyğunluğu qiymətləndirilməli və bu barədə müvafiq təsdiqedici sənədlər – sertifikat, şəhadətnamə, inspeksiya rəyi və s. əldə edilməlidir.