14:22 - 2.12.2025
2 dekabr, Fineko/abc.az. (Özəl xəbər) Maaşlarını "Paşa Bank"dan alan müştərilər çətinliklərlə üzləşirlər. Belə ki, müştərilərin maaşı karta yüklənsə də onlar pullarını çıxara bilmədiklərini deyirlər. Buna səbəb isə kartların heç bir xəbərdarlıq edilmədən bank tərəfindən bloklanmasıdır.

Bəzi müştərilər belə halın bir neçə dəfə təkrar olduğunu bildirirlər.
Onlar iddia edir ki, belə məqamıar əsasən də pul yüklənməsindən sonra baş verir. Bir çox müştərilər isə bloklanan zaman bəzi əməliyyatlar aparmaq lazım gəldiyini bildirir.
Əməliyyatların əsasən "Sima" ilə bağlı olduğunu bildirən müştərilər sonda problemi Banka yaxınlaşaraq həll edirlər.
Bankdan isə bildirildi ki, sözügedən blok onlardan qaynaqlanmır.
Müəllif: Elmir Muradov
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026