Neft bahalaşır, Brentin bareli $63,22 təşkil edir

09:26 - 2.12.2025


2 dekabr, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərracda etalon markaların qiyməti artır.

Brent markalı neftin fevral fyuçersləri ICE Futures birjasında saat 09:20-ə olan məlumata əsasən $0,05 (0,08%) artaraq bir barel üçün $63,22-a yüksəlib. Dekabrın 1-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,79 (1,27%) artaraq bir barel üçün $63,17-a çatıb.

Saat 09:20-ə olan məlumata əsasən NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $0,10 (0,17%) artaraq bir barel üçün $59,42-a çatıb. 1 dekabr ticarətinin nəticələrinə görə,  WTI neftinin yanvar fyuçersləri $0,77 (1,32%), bir barel üçün $59,32-a yüksəlib.