10:21 - 1.12.2025
Bank Respublika Yeni ildə müştərilərinə avtomobil və qızıl hədiyyə edəcək!
Yeni ildə yeni BYD Destroyer avtomobili sahibi olmaq istəyirsiniz? Bəs qızıl külçə necə? Bu Yeni ildə arzularınız yerinə yetəcək!
Bank Respublika-dan sərfəli şərtlərlə lombard krediti götürün, “Qızıl Seçim” lotereyasının iştirakçısına çevrilin və qiymətli hədiyyələrdən birinin sahibi olmaq şansını əldə edin! İlk tirajın oynanılmasına 1 ay qaldı.
2 tirajdan ibarət lotereyanın şərtlərinə əsasən, Bank Respublika-dan min.500 AZN və daha çox kredit götürən müştərilər 2 ədəd BYD Destroyer avtomobili, 24 ədəd 5 qr-lıq qızıl külçə (999.99 əyyar), 10 ədəd 10 qr-lıq qızıl külçə (999.99 əyyar) və 4 ədəd 20 qr-lıq qızıl külçə (999.99 əyyar) qazanmaq imkanı olacaq.
Qeyd edək ki, avtomobillər BYD şirkətinin Azərbaycandakı rəsmi dileri “Group Motors” tərəfindən təqdim olunur.
Lotereyanın əsas şərtləri:
Lotereya şərtləri haqqında daha ətraflı məlumatı Bankın rəsmi səhifəsində əldə etmək mümkündür.
Əgər siz də sərfəli şərtlərlə kredit götürüb, həm avtomobil, həm də qızıl külçə qazanmaq şansını qaçırmaq istəmirsinizsə – düzgün seçim edin, qalib olun!
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026