Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbləri azalıb

16:56 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Bu ilin noyabrın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,992 milyard manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə  AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 764,3 milyon manat və ya 8,7% azalıb.

Həmçinin xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,362 milyard manat və ya 22,8% azalıb.

Qeyd edək ki, 2025-ci ilin oktyabrın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,757 milyard manat, 2024-cü ilin noyabrın 1-nə isə 10,354 milyard manat təşkil etmişdi.