"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 10 ayda bu qədər məhsul ixrac edib

16:36 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC 33,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın noyabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 28,7 % azdır.

Xatırladaq ki, 10 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 % artaraq 3 milyard ABŞ dolları təşkil edib.