10:48 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. 2025-ci ilin oktyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (38.9 milyon ABŞ dolları) birinci olub.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat “İxrac icmalı”nın noyabr sayında öz əksini tapıb. Sözügedən siyahıda xurma (32.7 milyon ABŞ dolları) ikinci, meşə fındığı (23,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin on ayında Rusiya Federasiyasına 968,9 milyon ABŞ dolları, Türkiyəyə 486,3 milyon ABŞ dolları, İsveçrəyə 288,3 milyon ABŞ dolları, Gürcüstana 273,6 milyon ABŞ dolları, Ukraynaya isə 171,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2025-ci ilin oktyabr ayında Rusiya Federasiyasına 90 milyon ABŞ dolları, Türkiyəyə 50,6 milyon ABŞ dolları, İsveçrə 40,6 milyon ABŞ dolları, Gürcüstan 28,8 milyon ABŞ dolları, Ukrayna isə 24,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.