Azərbaycan 10 ayda 260 milyon dollarlıq aqrar-sənaye məhsulları ixrac edib

10:34 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Cari ilin on ayında aqrar məhsullar üzrə ixrac 27,5% artaraq 769,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 260 milyon ABŞ dollarına bərabər olub.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “İxrac icmalı”nın noyabr sayında öz əksini tapıb. Qeyd olunub ki, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,1% artaraq 1.03 mlrd ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (276.8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (159,8 milyon ABŞ dolları) ikinci, karbamid (153 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.