Neft bahalaşır, Brentin bareli $62,79 təşkil edir

10:10 - 28.11.2025


28 noyabr, Fineko/abc.az. Etalon markaların qiyməti cümə günü hərracda artır.

ICE Futures birjasında Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti saat 09:28-ə olan məlumata əsasən, $0,24 (0,38%) artaraq bir barel üçün $62,79-a yüksəldi. Noyabrın 27-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin yanvar fyuçersləri $0,21 (0,34%) artaraq bir barel üçün $63,34-a çatıb.

Nyu-York ticarət birjasında (NYMEX) elektron ticarət texniki nasazlıq səbəbindən dayandırılıb. Son məlumatlara görə (saat 7:47-də), WTI neftinin yanvar fyuçersləri barel başına $59,08-a satılıb. Noyabrın 27-də ABŞ-da tətil səbəbindən NYMEX-də əsas ticarət aparılmayıb. Çərşənbə günü bu fyuçerslər sessiyanı barel başına $58,65 səviyyəsində başa vurdu.